Futbolçu Arda Turan keçmiş sevgilisi Aslıhan Doğanla görüntülənib.
SportArena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük restorandan çıxarkən kameralara tuş gəlib. Sevgililər bir-birindən 10 dəqiqəlik fasilə ilə məkandan çıxsalar da, Aslıhan Ardanın avtomobilinə oturarkən paparassilərin hədəfində olub.
Cütlüyün obyektivlərə tuş gəlməmək üçün etdiyi bütün cəhdləri boşa çıxıb. 
                       
                                               
                        
 
                
                              
 
                       
                                            
 
