Xəbər verdiyimiz kimi"Neftçi" klubunun mətbuat xidmətinin işçisi olan Çingiz Həsənov sosial şəbəkələrin birində “Qarabağ” klubunu təhqir edib. Müşahidə Şurasının sədri Çingiz Abdullayev bu məsələyə münasibət bildirib:
"Baş verənlərə münasibətim çox pisdir. Mən hesab edirəm ki, heç kimi təhqir etmək olmaz. Amma siz də düz demirsiniz. Mən bunu araşdırmışam. O, “Facebook”da dostları ilə yazışanda kimsə də bunu əldə edib üzə çıxarıb. Sonra da şişirdiblər ki, görün, necə təhqir edib. Mən bunu da düzgün hesab etmirəm. Biz heç kimi təhqir etmirik və edə də bilmərik. “Qarabağ” da Azərbaycan komandasıdır. Çingiz Həsənəov "Qarabağ"dan üzr istəyib".