Nikolov: "İnter" Avropaliqada iştirak edəcək"

14:14 29 May 2015

Bakı "İnter"inin prezidenti Georgi Nikolov Avropa Liqasında iştirak etməyəcəkləri və bu komandanı AZAL-ın əvəz edəcəyi haqda xəbərlərə münasibət bildirib.

 

SportArena.Az-ın məlumatına görə, o, "Futbol+" qəzetinə müsahibəsində bildirib ki, komanda bu yay Avroliqada oynayacaq:

"Sizi əmin edirəm ki, "İnter" bu yay Avroliqada iştirak edəcək. Ola bilsin, çıxışımız  o qədər də uğurlu alınmaz. Ancaq geri çəkilməyəcəyik".

G.Nikolov deyib ki, klubu tərk edən futbolçuların əvəzinə yeni oyunçularla anlaşacaqlar:

"Özünüz də bilirsiniz ki, bizə inanmayıb klubu tərk edən futbolçular çox oldu. İndi məcburuq ki, onlarına əvəzinə yeni oyunçularla anlaşaq. Heyətdə əsaslı dəyişikliklər olanda bu, istər-istəməz komanda oyununa təsir göstərir. Əvəzedici heyətdəb ən yaxşıları əsas kmandaya dəvət ededəcəyik, təcrübəli legionerlərlə anlaşacağıq. Bir sözlə, təcrübəlilərlə gənclərin vəhdətindən formalaşmış, rəqabətədavamlı heyət qurmaq niyətindəyik".

Qeyd edək ki, "İnter" bu mövsüm Azərbaycan Premyer Liqasının ikinci pillədə başa vuraraq Avroliqaya vəsiqə qazanıb. Son vaxtlar maliyyə problemi ilə üzləşən paytaxt təmsilçisinin qitənin ikinci nüfuzlu turnirində iştirak etməyəcəyi iddia olunur.


Digər xəbərlər

Xəbər xətti