"Mançester Yunayted"dən "Real"a 56 milyonluq təklif

14:46 29 May 2015

Madridin "Real" klubunun hücumçusu Kərim Benzema yeni mövsümdən İngiltərə Premyer Liqasında oynaya bilər.

 

SportArena.az xəbər verir ki, fransalı futbolçu ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır.

Mançester təmsilçisi 27 yaşlı futbolçunun transferi üçün "Real"a 56 milyon avro təklif edib. Madrid klubu hələlik "Mançester Yunayted"ə cavab verməkdə tələsmir. Benzema ilə "Arsenal" və "Mançester Siti" klubları da yaxından maraqlanırlar. "Real" Benzemanı daha yüksək məbləğə satmağı planlaşdırır.

Qeyd edək ki, Benzema ötən mövsüm "Real"ın heyətində keçirdiyi 46 oyunda 22 qol vurub və 12 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti