"Qarabağ"ın baş məşqçisi "Neftçi"dən niyə ehtiyyatlanır? AÇIQLAMA

09:39 30 May 2015

"Neftçi" ilə baş tutacaq kubokun final oyunu barədə "Qarabağ"ın baş məşqçisi maraqlı fikirlər səsləndirib.

 

SportArena.az xəbər verir ki, Qurbanov bunları danışıb:

 

"Hazırlıq yüksək səviyyədə gedir, məşqlərimiz davam edir. Çempionluqla kifayətlənmək fikrimiz yoxdur və istəyirik qızıl dubla imza ataq. Bunun üçün yaxşı imkan yaranıb. Amma “Neftçi”yə qarşı oynayacağıq. Rəqib bəlkə də, bizdən daha istəklidi. Mən bu qarşılaşmadan daha çox ehtiyatlanıram. Mənə elə gəlir ki, onlar bu qarşılaşmaya daha ciddi hazırlaşılar. Bizim görmədiyimiz bəzi pərdəarxası məqamlar var. Çünki indi hamı “Neftçi”dəki problemlərdən danışır. Bu aldadıcı ola da bilər. Bəlkə də, bu futbolçularmızı arxayınlaşdırmaq üçündü. Bu oyuna hazırlaşdığım müddətdə keçirdiyim narahatçılıqları bəlkə də, digər qaşılaşmalarda yaşamamışam. İlk dəqiqələrdən məni və futbolçularmızı hər hansı bir surpriz gözləyə bilər. "Neftçi" final oyununda tamam başqa bir oyun göstərə bilər".


Digər xəbərlər

Xəbər xətti