"Kəpəz"in Müşahidə Şurasının üzvü: "Yaxın zamanda "Kəpəz" Gəncədə oynayacaq"

10:14 30 May 2015

Xəbər verdiyimiz kimi "Kəpəz"in Premyer Liqaya vəsiqə qazanmasından sonra, komandanın ev oyunlarını keçirəcək məkan problemə çevrilib.

 

SportArena.az olaraq, "Kəpəz" klubunun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb, məsələ haqqında soruşduq:

 

"Dalğa Arena"nı lisenziyalaşdırmada "Kəpəz"ə təhkim etmişik. Eyni zamanda komanda Yevlaxda da çıxış edə bilər. Amma ilk olaraq, Gəncə, sonra Yevlax, sonuncu variant isə "Dalğa arena"dır. İndi vaxtımız da azdır. Buna görə də, qısa zaman kəsiyində daha çox işlər görülməlidir. Gəncə şəhər və Kəpəz Rayon İcra Hakimiyyətinin başçılarnın da qatıldığı iclasımız oldu. Stadionun son durumuna nəzər saldıq. Artıq işlərin başlanması üçün öz tapşırıqlarımızı vermişik. Yaxın zamanda "Kəpəz" doğma şəhərdə oynaya biləcək".

 


Digər xəbərlər

Xəbər xətti