AÇIQLAMA "Həmin ölkələrə getsəm, milli komandadan uzaq düşəcəm"

12:46 30 May 2015

"Avropanın yaxşı klublarından sərfəli təkliflər almışam. Baxaq, görək necə olacaq. Ukraynada yalnız üç komandanın təklifini qəbul edərəm".

 

SportArena.az xəbər verir ki, bu sözləri Ukraynanın "Volın" klubunun futbolçusu Erik Bikfalvi deyib.

27 yaşlı rumıniyalı yarımmüdafiəçisi Azərbaycanda yalnız yüksək maaşa oynaya biləcəyini vurğulayıb: "Menecerimə dərhal söylədim: Azərbaycan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində yalnız böyük məbləğdə maaşa oynayaram. Əks təqdirdə bu ölkələrin klubları mənə maraqlı deyil. Çünki həmin ölkələrə getsəm, milli komandadan uzaq düşəcəm".

Qeyd edək ki, 2012-ci ildən "Volın"da çıxış edən Bikfalvi keçirdiyi 76 oyunda 27 qol vurub.


Digər xəbərlər

Xəbər xətti