FIFA-ya qarşı yeni ittihamlar hazırlanır

13:01 30 May 2015

ABŞ-ın Vergi Xidməti Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) qarşı korrupsiya ilə bağlı yeni ittihamlar hazırlayır.
 


SportArena.az xəbər verir ki, ABŞ-ın Daxili Gəlirlər Xidmətinin nümayəndəsi Riçard Ueber bildirib ki, daha bir ittiham qərarları raundu olacaq. O həmçinin ABŞ-ın FIFA-nın qərarına və dünya futboluna təsir etmək niyyətində olmadığını qeyd edib: “Biz futbolla deyil, korrupsiya ilə mübarizə aparırıq”.
 
İnterpol əməkdaşları qalmaqalla əlaqəsi ola biləcək biznesmenlərin ofislərində axtarışlar aparır. Axtarışların məqsədi şübhəli şəxslərin yerini öyrənmək olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti