Xorvatiya çempionatında mövsümün sonuncu - 36-cı turunun oyunları keçirilib. SportArena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da son matçına çıxıb.
Split klubu səfərdə "RNK Split" komandası ilə qarşılaşıb. Eyni şəhəri təmsil edən komandaların duelində qalib müəyyənləşməyib - 1:1. Start heyətdə meydana çıxan Qurbanov fasilədə əvəzlənib.
Qeyd edək ki, "Hayduk" mövsümü 50 xalla üçüncü pillədə başa vurub və Xorvatiyanı Avropa Liqasında təmsil edəcək.