"Xəzər Lənkəran"dan Ağabalaya münasibət: "salatların mayonezi bəlkə də hələ bağırsaqlarından sovrulmayıb"

14:12 30 May 2015

"Xəzər Lənkəran", komandanın yarımmüdafiəçisi Ağabala Ramazanovun saytımıza verdiyi müsahibəyə münasibət bildirib. SportArena.az xəbər veriri ki, azerisport saytına açıqlamasında klubun mətbuat xidməti bunları qeyd edib:

 

"Ağabala Ramazanov iddialarını özü belə oxuyarkən dediklərinə inanırmı? Klubun bazasında hər kəs gündə üç dəfə olmaqla yuksək səviyyədə qidalanır. Ramazanovun bazanın yeməkxanasında yediyi ətləri bir kənara qoyuram, qəbul etdiyi müxtəlif çeşiddə soyuq salatların mayonezi bəlkə də hələ bağırsaqlarından sovrulmayıb. Bunu subut belə etməyə ehtiyac yoxdur. Hər bir klubun nizam-intizam kodeksi var və bu kodekslə hər kəs öncədən tanış olur. 19 fevralda "Qəbələ" ilə səfər oyununda əvəzlənərkən birbaşa soyunub geyinmə otağının yolunu tutan Ramazanova klub "sağ ol" deməli idi? Yaxud, digər intizam kodekslərinə riayət etməyən Ramazanov cəzalanacağını bilmirdimi? Mövsüm ərzində ən böyük şans ona verilib və vurduğu qolların sayına baxsın. Əlbəttə, əgər qol vurubsa ... Klubu olmayan şeylərlə ittiham etmək gənc futbolçuya yaraşmır".


Digər xəbərlər

Xəbər xətti