Qudurmuş gürcüdən sərt sözlər: "Bunu yalnız özünə və peşəsinə hörmət etməyən bir jurnalist edir"

15:00 30 May 2015

"İnter"in hücumçusu Baçana Sxadadze Gürcüstan mətbuatına danışarkən, Azərbaycan mediası haqqında da fikir bildirib.

 

SportArena.az xəbər verir ki, Baçana ölkəmizin qəzet və saytlarının ksəriyyərini qeyri-peşəkarlıqda günahlandırıb. Futbolçu onu və atasını tənqid edən media orqanları haqqında bunları deyib:

 

"Bunu yalnız özünə və peşəsinə hörmət etməyən bir jurnalist edir. Çünki onun gəliri burdan çıxır və şəxsi maraqları ilə idarə olunur. Belə saytların məqsədi yalan və əsassız məlumatlarla diqqət cəlb etməkdir. Düşünürəm ki, sağlam tənqidin qarşısı alınmamalıdır. Çünki bu, komandanın və futbolçunun gələcəkdə daha da təkmilləşməsinə kömək edir. Yuxarıda qeyd etdiyim saytlardan başqa Azərbaycanın qalan mətbuat orqanları baş verənləri olduğu kimi işıqlandırır".


Xəbər xətti