Dünən FİFA-nın vitse-prezidenti Devid Qill vəzifəsindən istefa verib.
SportArena.az xəbər verir ki, buna dünən keçirilən FİFA-ya prezident seçkilərinin nəticələri səbəb olub. Yozef Blatterin yenidən FİFA prezidentliyinə seçilməsindən narazı qalan Qill tutduğu vəzifədən getdiyini açıqlayıb. O, Blatterlə birgə işləmək istəmədiyini bildirib.
Qeyd edək ki, Qill bu ilin martında FİFA-nın vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.