Ötən gün "Qarabağ"ın son avrokuboklar mövsümündəki uğurlarına həsr olunan "Qurban adına" aldı sənədli filmin təqdimat mərasimi keçirilib.
SportArena.az xəbər verir ki, təqdimat mərasimindən sonra tədbirdə iştirak edən Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl, PFL-in prezidenti Ramin Musayev, eləcə də komandanın baş məşqçisi Qurban Qurbanov filmlə bağlı fikirlərini bölüşüblər:
Qurban Qurbanov: "Film xoşuma gəldi. Filmin müəllifi Şakir Eminbəyli ilə söhbətimdə dedim ki, mən diqqət mərkəzində olmağı sevmirəm. O, məndən müsahibə alıb, filmdə istifadə edib. Ümumiyyətlə, filmdə məndən çox söhbət açılıb. Mənə elə gəlir ki, bu filmi ilk 45 dəqiqə hesab etmək lazımdır. Elə etmək lazımdır ki, onun ikinci hissəsi də çəkilsin. Bunun üçün arxayınlaşmamaq və çalışmağa davam etmək lazımdır. Bu filmi telekanallarda da göstərmək lazımdır ki, "Qarabağ"ın azarkeşləri daha da çox olsun".
Ramin Musayev: "Yaxşı film idi. Xoşuma gəldi. Ötən illəri yadıma saldı. Qurban mənim üçün doğma insandır. Biz birgə çalışmışıq. Hesab edirəm ki, onun uğurlarında mənim də payım var".
Tahir Gözəl: "Film xoşuma gəldi. "Qarabağ" sıradan bir komanda deyil. Biz gələcəkdə də uğurlu çıxış etməliyik ki, daha böyük nəticələrə imza ataq".azerisport