"Kəpəz"in sponsor problemi həll olunmamasına baxmayaraq, komandanın toplaşacağı zaman artıq bəllidi.
SportArena.az xəbər verir ki, Şahin Diniyev "Kəpəz"i gələn ayın sonunda bir araya gətirəcək. Belə ki, futbolçu axtarışında olan Diniyev və köməkçiləri ayın sonuna qədər futbolçu problemini həll etməyə çalışır. Rəhbərlikdən menecerlərlə işləməmək əmri gəldiyi üçün, "Kəpəz" məşqçiləri futbolçularla danışığı özləri etmək məcburiyyətində qalıb.
Cavid ƏHMƏDOĞLU