"Xəzər Lənkəran" yenicə həbsdən çıxan azarkeşi "Eliko" ləqəbli Elman Tağıyevə növbəti jesti ilə yadda qalıb.
SportArena.az xəbər verir ki, Cənub klubunun rəhbərliyi Elman Tağıyevə klubda iş verib. Bundan sonra "Eliko" "Xəzər Lənkəran" Futbol Klubunda azarkeşlərlə iş üzrə əlaqələndirici nümayəndə olacaq. Elman Tağıyev bu haqda xəbəri az öncə öz "facebook" profilində paylaşıb.
Qeyd edək ki, Eliko 2013-cü il, 25 avqustda "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasından sonra baş verən davada iştirak etdiyi üçün 3 il həbs olunmuşdu.