Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Qranada" klubunu tərk edə bilər.
SportArena.az xəbər verir ki, ispan mətbuatı millimizin üzvünün müqavilə ilə məxsus olduğu "Real Mursiya" komandasına qayıtmasını daha real hesab edir.
Buna səbəb kimi isə futbolçunun zədə səbəbindən La Liqa klubunda özünü elə də yaxşı tərəfdən göstərə bilməməsi qeyd olunur. Eddi ən yaxşı halda yenə icarə əsasında "Qranada"da qala bilər. Amma elita təmsilçisi onun transfer hüququnu almaq fikrində deyil.