Növbəti mövsümdə qarşısına çempionluq hədəfini qoyan “Xəzər Lənkəran” gələn həftədən çalışmalara başlayacaq.
SportArena.az-a bu barədə klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu məlumat verib:
“Hazırda komanda üzvləri istirahətdədir. Qarşıdakı bir həftəfə kimin gedib, kimin qalacağı tam bəlli olacaq. Eyni zamanda komandaya cəlb olunan futbolçuların adına da qarşıdakı gülərdə aydınlıq gəlməlidir”.
Cavid ƏHMƏDOĞLU