Xəbər verdiyimiz kimi “Qarabağ” klubu millimizin futbolçusu Taşkın İltəri baxışa dəvət etmişdi.
SportArena.az olaraq, Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlayıb, futbolçu haqqında hansı qərarın verildiyini öyrəndik:
"Bir müddət idi ki, “Ayntraxt”in futbolçusu Taşkın İltəri komandada sınayırdıq. Dünən komandanın baş məşqçisi Qurban Qurbanov adıçəkilən futbolçu haqqında qərarını verdi. Belə ki, onun səviyyəsi bizi razı salmadığı üçün, Taşkın Almaniyaya geri göndərildi.
Qeyd edək ki, yay transfer dövrünə fəal başlayan “Qarabağ” bu vaxta qədər Azər Salahlı, Coşqun Diniyev, Elvin Məmmədov və Vüqar Mustafayevi heyətinə qatıb.
Cavid ƏHMƏDOĞLU