Bu gün millimiz Avstriyanın paytaxtı Vyanaya təlim-məşq toplanışına yola düşəcək.
SportArena.az xəbər verir ki, milliyə dəvət alan "Neftçi" və "Qarabağ" oyunçuları toplanışa iyunun 3-də keçiriləcək Azərbaycan kubokunun final matçından sonra qoşulacaq.
Qeyd edək ki, millimiz iyunun 7-də Avstriyanın Pölten şəhərindəki NV Arena-da Serbiya yığması ilə üz-üzə gələcək. Qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq. İyunun 12-də millimiz "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq.