Qazzayev: "Neftçi"yə keçəcəyim haqda xəbərlər təxribatdır"

14:03 1 İyun 2015

Qazaxıstanın "Aktobe" klubunun baş məşqçisi Vladimir Qazzayev "Neftçi"ni çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

 

"Astana" ilə keçirəcəyimiz vacib oyunöncəsi mətbuatda yayılan xəbərlərin təxribat olduğunu düşünürəm. Bütün bunlar komandamızda və azarkeşlərimiz arasında sabitliyi pozmağa yönəlib. Atam bu yaxınlarda Bakıya gedib. Ancaq o, şəxsi işləri ilə əlaqədar Azərbaycan paytaxtında olub. "Aktobe"dən ayrılmağı düşünmürəm. Biz layiqli oyun nümayiş etdirən, nəticələr qazanan vahid komanda yaratmağa nail olmuşuq".


Digər xəbərlər

Xəbər xətti