Sabah "Xəzər Lənkəran"ın məhkəməsi olacaq

16:22 1 İyun 2015

Sabah FIFA-da "Xəzər Lənkəran"la bağlı daha bir şikayətə baхılacaq. SportArena.az xəbər verir ki, ali futbol qurumu Eder Bonfimin şikayəti ilə bağlı qərar verəcək.

 

2011-2013-cü illərdə "Xəzər Lənkəran"da çıхış edən futbolçu müqaviləsi bitmədən komandadan uzaqlaşdırılmışdı. İndi o, klubdan təzminat tələb edir. İşə FIFA-nın Mübahisəli Məsələlər Komitəsi baxacaq.

 

Sabah həmçinin "Xəzər Lənkəran"a FIFA tərəfindən qoyulmuş transfer qadağası ilə bağlı İdman Arbitaj Məhkəməsinin (CAS) iclasının vaхtı müəyyənləşəcək.

 

Xatırladaq ki, "Xəzər Lənkəran" Eder Bonfimi alkoqola qurşandığı üçün heyətdən kənarlaşdırmışdı. Braziliyalı futbolçu hətta özü də Rumıniya mətbuatına müsahibəsində alkoqol asılılığından müalicə aldığın etiraf etmişdi.

 

Eder Bonfim 2011-2013-cü illərdə "Xəzər Lənkəran"da 63 oyun keçirmiş və 5 qol vurmuşdu. O, ölkəmizdən ayrıldıqdan sonra heç bir klubda oynamayıb.fanat.az


Digər xəbərlər

Xəbər xətti