"Zirə"nin Premyer Liqaya çıxmasından sonra, qarşısına böyük məqsədlər qoyan klub rəhbərliyi bu istiqamətdə işlər görməyə başlayıb.
SportArena.az olaraq, klubda görülən son işlər barədə məlumat almaq üçün, "Zirə"nin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu ilə əlaqə saxladıq. Himayətoğlu "Zirə"nin son durumunu belə şərh etdi:
"Məlum məsələdir ki, komanda birinci dəstədən yeni çıxdığına görə, həll olunası bəzi məsələlər var. İşlər gedir. İnfrastruktur və başqa məsələlərlə bağlı ciddi işlər görülür. Akademiya qurulur, bütün yaş qrupları üzrə komandalarımızın tam formalaşması yolunda işlər gedir. Bütün suallar cavab tapdıqdan sonra mətbuat konfransı keçiriləcək".
Cavid ƏHMƏDOĞLU