Bu gün dünyanın əksər ölkəsində olduğu kimi Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.
Bu tarix öz başlanğıcını 1950-ci ildən götürür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1 iyun 1950-ci ildə keçirilən Qadınların Beynəlxalq Konfransında hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda iyunun 1-i tarixinin uşaqların müdafiəsinə həsr edilməsi qərarı qəbul edilib. Bundan sonra həmin gün “Uşaqların Beynəlxalq Müdafiə Günü” kimi tarixə düşüb.
Əziz uşaqlar! AAAF Park olaraq bu bayram münasibətilə sizi təbrik edir, Azərbaycanın bütün övladlarına qayğı ilə əhatə olunmuş cəmiyyətdə yaşamağı, sağlam, təhsilli, əsl şəxsiyyət kimi formalaşdıran təhlükəsiz dünyada layiqli vətəndaş kimi böyüməyi arzu edirik!
Bayramınız Mübarək!