"Qəbələ" üçün Ərzurum və Qəbələ

08:08 2 İyun 2015

“Qəbələ”nin 2015/16 mövsümünə hazırlıq planı müəyyənləşib.



SportArena.az xəbər verir ki, ardıcıl 2-ci dəfə Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” qitə miqyaslı turnirə hazırlıq məqsədilə 2 təlim-məşq toplanışı keçirəcək. 

Roman Qriqorçukun komandası hazırlığın ilk mərhələsini Türkiyədə gerçəkləşdirəcək. Ərzurumda baş tutacaq toplanış iyunun 10-da start götürəcək. Ayın 19-dək davam edəcək hazırlıq çərçivəsində yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub. İyunun 21-30-da isə ikinci təlim-məşq toplanışı keçiriləcək. Komanda avrokuboklara hazırlığını Qəbələdə tamamlayacaq.

Qeyd edək ki, “Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Yarışın ilk iki mərhələsinin püşkü iyunun 22-də atılacaq. “Qırmızı-qaralar”ın ilk oyunu iyulun 2-də, cavab matçı 9-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti