Azərbaycanın U-17 yığmasının hücumçusu Qara Qarayev İspaniyanın "Malaqa" klubuna keçməyə yaxındır. SportArena.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bütün məsələlər tezliklə həll olunacaq və İspaniya klubunun düşərgəsinə yollanacağam. Oraya valideynlərimlə yox, AFFA rəsmiləri ilə gedəcəyəm. "Malaqa" mənim üçün mənzil kirayələyəcək və orada yaşayacağam. 2-3 illik müqavilə imzalamağı planlaşdırıram. 19 yaşadək ibarət komandada oynamalı olacağam. Maaşa gəlincə, hələ bu barədə danışmamışıq. Həm də bu, elə də vacib məsələ deyil. Əsas mənim orada oynamağımdır".azerisport