"İnter"in çətin duruma düşməsindən sonra komandanı tərk edə biləcək futbolçulardan biri də, Əfran İsmayılovdur.
SportArena.az olaraq, Əfranla əlaqə saxlayıb, məsələ haqqında soruşduq:
"Hal-hazırda "İnter"in futbolçusuyam və burada davam edirəm. Norveçlə oyundan sonra yenidən danışıqlar apararıq, bəlkə də komandadan ayrıldım. Amma hələ heç nə bəlli deyil. Onu da deyim ki, hazırda heç bir klubla danışıqlar aparmıram".