Son vaxtlar yaranan maliyyə problemləri Azərbaycanın əksər klublarına təsir edib. SportArena.az-ın məlumatına görə, bu problem Ağdam "Qarabağ" klubunda heç də hiss olunmur. Bunu saytımıza açıqlamasında “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl bildirib:
"İndiyə qədər bizdə bu problem hiss olunmayıb. Bu günə qədər “Azərsun”un sponsorluğu ilə heç bir ödəməni gecikdirməmişik. Prezidentin qayğısı, xalqın dəstəyi ilə bu cür də davam edəcəyik. Məqsədimiz "Qarabağ"ı daha da zirvələrə daşımaqdır".