Elxan Məmmədov: "Georgi Nikolov mənə söz verdi ki, Avroliqada problem olmayacaq"

13:47 2 İyun 2015

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanı Avropa Liqasında təmsil etməli olan "İnter"in üzləşdiyi durumdan danışıb.

 

SportArena.az azerisport-a istinadən xəbər verir ki, o, bunları söyləyib:

 

"Ötən gün mən klubun prezidenti Georgi Nikolovla görüşdüm. O, mənə söz verdi ki, komandanın Avropa Liqasında iştirakı baxımından heç bir problem olmayacaq. Amma biz bilirik ki, bu, minimal problemin həllidir. Avrokuboklardan sonra klubun aqibətinin necə olacağını isə analiz etməyə, qərar verməyə ehtiyac var. Çünki "İnter"də maliyyə problemləri var".


Digər xəbərlər

Xəbər xətti