İspaniya La Liqasında növbəti məşqçi istefası reallaşıb.
SportArena.az xəbər verir ki, "Xetafe"nin çalışdırıcısı Pablo Franko vəzifəsindən kənarlaşdırılıb. Amma rəhbərlik 34 yaşlı çalışdırıcını tamamilə klubdan uzaqlaşdırmayıb. O, bunda sonra klubun əvəzedicilərdən ibarət komandasına rəhbərlik edəcək. Qeyd edək ki, Franko fevralın 26-da Kike Sançes Floresin əvəzində "Xetafe”nin "sükanı arxasına” keçmiş, çətinliklə olsa da, klubu Primerada saxlamağı bacarmışdı. Madrid təmsilçisi mövsümü Frankonun rəhbərliyi altında 37 xalla 15-ci pillədə başa vurub. Yerli mətbuatın yazdığına inansaq, onun xələfi olmağa namizədlər sırasında "Real"da Karlo Ançelottinin köməkçisi işləmiş Fernando Yerro da var.