Sabah ba tutacaq "Qarabağ" - "Neftçi" oyununun hazırlıqlarını başa çatdıran "ağ-qaralar" artıq oyunun başlama saatını gözləyir.
SportArena.az xəbər verir ki, bir qədər öncə "Neftçi"nin çalışdırıcı Arif Əsədov sabahkı oyun haqqında danışıb:
"Kubok oyunu fiziki durumdan aslıdır. İstəyirik ki, sabahkı finalı biz qazanaq. Bu matç üçün yaxşı hazırlaşmışıq. Heyətlə bağlı bəzi problemlər var ki, onlarla da həkimlərimiz çalışır. Yəqin ki, sabah kı oyunda əksər futbolçular bizə köməklik göstərə biləcək".