"Kəpəz”in sabiq baş məşqçisi Vidadi Rzayev bəzi maraqlı məqamlara aydınlıq gətirib.
SportArena.az xəbər verir ki, Rzayev "Kəpəz"də ba məşqçi kimi işləməməsinin səbəbini belə izah edib:
"Növbəti mövsüm "Kəpəz”in necə olacağı və nəyə iddia edəcəyi ilə bağlı sual mənə yox, Şahin Diniyevə ünvanlanmalıdı. Komandanı o çalışdıracaq. Köməkçiləri I divizionda oyunlarımızı da izləyib. Hərənin futbola baxışı fərqlidi. Onlara işlərində, gələcək karyeralarında uğurlar arzulayıram. Mənim baş məşqçi kimi qalmamağımda hardasa öz günahım da var. Çünki lazımı kateqoriyam yoxdu”.