Bu gün Qəbələ şəhər stadionunda Azərbaycan kuboku uğrunda yarışın 1996-cı ildə keçirilmiş final oyunun iştirakçısı olmuş veteran futbolçulardan ibarət "Neftçi" və "Qarabağ" komandaları arasında yoldaşlıq oyunu keçirilib. SportArena.az xəbər verir ki, Xaqani Məmmədov və Kənan Kərimovun fərqləndiyi oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, iyunun 3-də Qəbələdə "Qarabağ" və "Neftçi" komandaları Azərbaycan kubokunun final oyununda üz-üzə gələcək.