VİDEO "Qarabağ" və "Neftçi" veteranları "sülh"ə razılaşdılar
08:23 3 İyun 2015
Azərbaycan ölkə kubokunun final qarşılaşmasından bir gün əvvəl "Qarabağ” və "Neftçi”nin veteran futbolçuları arasında görüş keçirilib.
Sportarena.az xəbər verir ki, Qəbələdə baş tutan görüş 1996-cı ildəki ölkə kubokunun finalının təkrarı olub. 19 il öncə "Neftçi” 3:0 hesabıyla qalib gəlsə də, bu dəfə veteranlar “sülh”lə meydandan ayrılıblar.
Hər biri 25 dəqiqədən ibarət iki hissəli matçın 39-cu dəqiqəsində Xaqani Məmmədov "Neftçi"ni hesabda irəli çıxarsa da, son saniyələrdə Kənar Kərimov bərabərlik qolunu vurub – 1:1.