Sabah baş tutacaq ölkə kubokunun final matçında "Qarabağ” "Neftçi” ilə qarşılaşacaq.
SportArena.az futbol11-ə istinadən xəbər verir ki, oyundan öncə möhtəşəm açılış və konsert proqramı nəzərdə tutulub. Bu məqsədlə populyar müğənni Röyanın da mahnılarını ifa edib, Qəbələdəki azarkeşləri sevindirəcəyi dəqiqdi. Futbol11.az-ın əldə etdiyi özəl məlumata görə, açılışda daha bir populyar ifaçı olacaq. Söhbət Azərindən gedir. Artıq PFL onunla da razılıq edib.