"Qarabağ"ın keçmiş futbolçusu Aslan Kərimov final oyunundan öncə fikirlərini açıqlayıb:
"Bu gün baş tutacaq finalda "Qarabağ" qələbəyə "Neftçi"dən daha yaxındır. Çünki, Ağdam klubunda itki azdır. Həm də "Qarabağ" mənəvi cəhətdən də üstün görünür. "Neftçi"də isə tamam fərqli ab-havadır. Belə ki, onlar bu görüşə təzyiq altında çıxacaqlar. Çünki, finalda qələbə qazanıb, mövsümdə ilk uğurunu qazamaq istəyirlər. Eyni zamanda Flavinyonun yoxluğu da "Neftçi"nin oyununa təsir edəcək".