"Xəzər Lənkəran" rəhbərliyi hansı məsələləri müzakirə edəcək?

15:34 3 İyun 2015

Mövsümlərarası yay fasiləsində istirahətə çəkilən “Xəzər Lənkəran” növbəti mövsüm üçün planlarını qurur. SportArena.az xəbər verir ki, iyunun 5-də keçiriləcək klubdaxili toplantıda rəhbərliklə məşqçilər birgə müzakirələr aparacaqlar.
 

İlk növbədə hazırkı heyətin bir neçə üzvünün taleyinə aydınlıq gələcək, daha sonra isə Mali səfərinin yekunları, həmçinin qarşıdakı mövsüm üçün yerli və əcnəbi futbolçuların transferləri barədə məsələlər ətraflı müzakirə olunaraq müəyyən qərarlar veriləcək. 

Onu da əlavə edək ki, milli komandanın və “İnter”in qapıçısı Səlahət Ağayevlə danışıqlar hələ də davam edir.12cioyuncu


Digər xəbərlər

Xəbər xətti