Portuqaliya millisinin sabiq ulduzu Luiş Fiqu Yozef Blatterin FİFA-nın prezidenti vəzifəsindən istefa verməsinə sevinib.
SportArena.az xəbər verir ki, bu barədə danışan “Barselona” və “Real”ın keçmiş üzvü bunları deyib: “Mən bir neçə gün öncə demişdim ki, Blatter vəzifəsindən gedəcək. Bu baş verdi. Sevindirici haldır ki, belə bir adam FİFA-dan ayrıldı. Onun gedişi futbola nəfəs verəcək”.