Əbülfəs Qarayev: "Mən özüm də velosiped sürürəm"

16:08 3 İyun 2015

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev velosiped həvəskarı olduğunu açıqlayıb.

 

SportArena.az xəbər verir ki, o, bu fikirləri "Bölgələrdən paytaxta" adlı layihə çərçivəsində İsmayıllı rayonuna həsr olunmuş tədbir zamanı səsləndirib.

Qeyd etmək yerinə düşər ki, bu ilin aprelindən etibarən Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən İsmayıllı Olimpiya İdman Kompleksində velosiped bölməsi açılıb və hazırda xeyli yeniyetmə və gənc idmançı bu bölmədə velosiped idmanının sirrlərinə yiyələnir.

Rayonun idman həyatına həsr olunmuş stendə baxış keçirərkən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidov Mədəniyyət və Turizm nazirinə hazırda inşası davam edən velosiped zavodu və idman klubu barədə məlumat verib. İdmançılara uğurlar arzulayan Əbülfəs Qarayev özünün də velosiped həvəskarı olduğunu və həftə ərzində bir neçə dəfə velosiped sürdüyünü deyib.


Digər xəbərlər

Xəbər xətti