"Barselona" Suaresi 6 milyona satdı

16:22 3 İyun 2015

"Barselona"nın yetirməsi olan Denis Suares artıq rəsmən "Sevilya"nın futbolçusudur.

 

SportArena.az xəbər verir ki, katalonlar gənc futbolçunun transfer hüququnu Əndalus təmsilçisinə satıb. Bu barədə "Sevilya"nın prezidenti Xose Kastro da məlumat verib. "Denis indi "Sevilya"nın futbolçusudur. Görək "Barsa" onu geri qaytarma hüququndan istifadə edəcəkmi".

"Sevilya" Suaresə görə 6 milyon avrodan keçməli olub. "Barselona" futbolçunu geri qaytarmaq istəsə, 9 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, ötən mövsüm İspaniya Primerosunda 31 matça çıxan perspektivli yarımmüdafiəçi 2 qol və 4 məhsuldar ötürmə ilə fərqlənmişdi.


Digər xəbərlər

Xəbər xətti