FİFA-nın yeni prezidenti bu ilin dekabr ayından tez seçilməyəcək.
SportArena.az "Mirror" qəzetinə istinadən xəbər verir ki, bu barədə FİFA Audit Komitəsinin sədri Domeniko Skala məlumat verib.
O bildirib ki, FİFA-ya yeni prezident seçkiləri dekabr (2015) - mart (2016) aralığında keçiriləcək. Həmin müddətə qədər isə FİFA-da prezident səlahiyyətlərini dünən vəzifəsindən istefa verən Yozef Blatter icra edəcək.
Qeyd edək ki, mayın 29-da keçirilən prezident seçkilərində qalib gələn Blatter yetərincə dəstək görmədiyi üçün vəzifəsindən getmək qərarı verib.