Millimizin qapıçısı: “Xəzər Lənkəran” variantı var"

18:03 3 İyun 2015

Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayev “İnter”lə yollarını rəsmən ayırıb. SportArena.az xəbər verir ki, bu gün klub rəhbərliyi ilə görüşən 24 yaşlı qolkiper “bankirlər”in düşərgəsini tərk edib.


 
Məlumatı saytımıza açıqlamasında Səlahət özü də təsdiqləyib: “Bəli, “İnter”lə yollarımız ayrıldı. Rəhbərliklə görüşdüm və qarşılıqlı razılıq əsasında komanda ilə vidalaşmalı oldum. Çox istərdim ki, “İnter”də qalım. Amma belə alındı. Rəhbərliklə söhbətdə klubun növbəti mövsümdə hansı büdcə ilə mübarizə aparacağını bildim. Onlar da dedilər ki, bu imkanla səni komandada saxlaya bilmərik”.
 
Transfer vərəqəsini paytaxt klubundan alan Ağayev hazırda azad agent statusu daşıyır. “Xəzər Lənkəran”la danışıq aparan təcrübəli qapıçı başqa təkliflərin də olduğunu qeyd edib: “Xəzər Lənkəran” variantı var. Amma ora keçəcəyim tam dəqiqləşməyib. Başqa təkliflər də almışam. Düşünüb, son qərarımı verəcəm”.apasport


Digər xəbərlər

Xəbər xətti