"Qarabağ" - "Neftçi" matçından öncə tribunalarda azarkeşlərlə polislər arasında ilk qalmaqal baş verib.
m
Sportarena.az xəbər verir ki, buna səbəb polislərin Ağdam təmsilçisinin azarkeşlərinin açdıqları pankartları sökməyə başlaması olub. Mübahisəni görən "Qarabağ"ın kapitanı Rəşad Sadıqov məsələyə müdaxilə edib. Daha sonra PFL rəsmilərinin göstərişi ilə pankartlar yenidən asılıb.