FOTOLAR Azərbaycan kuboku meydançaya paraşütlə gətirildi

22:52 3 İyun 2015

Qəbələ şəhər stadionunda hazırda davam edən "Qarabağ" - "Neftçi" Azərbaycan kubokunun finalmatçı öncəsi  Peşəkar Futbol Liqası tərəfindən möhtəşəm açılış mərasimi təşkil olunub.

 

SportArena.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Nəsib Nurun aparıcısı olduğu məclis Röyanın iştirakı ilə konsert proqramı ilə davam edib. Ən həyəcanlı an is kubokun paraşütlə meydançanın mərkəzinə gətirilməsi olub. Azərbaycan bayrağına boyadılmış paraşüt meydançanın mərkəzinə enib və paraşütçü kuboku müvafiq şəxslərə təqdim edib.

Azərbaycan Respublikasının dövlət himnini isə stadiona toplaşanlar  müğənni Azərinlə birgə səsləndirdilər.

Açılış mərasimindən fotoları təqdim edirik.


Digər xəbərlər

Xəbər xətti