SON DƏQİQƏ: Arif Əsədov "Neftçi"dən qovuldu

00:20 4 İyun 2015

Azərbaycan kubokunun finalı çərçivəsində baş tutmuş “Qarabağ” – “Neftçi” matçından dərhal sonra “Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib.



SportArena.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri – Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər. 

Toplantıda qəbul edilmiş qərara əsasən “Neftçi”nin baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb.


Digər xəbərlər

Xəbər xətti