"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan kubokunun finalında "Qarabağ"a uduzduqları matçdan (1:3) sonra keçirilən mətbuat konfransında məğlubiyyəti belə şərh edib:
"Oyun bayram əhval-ruhiyyəli keçdi. Təbii ki, qələbə qazanmaq istədik, ancaq alınmadı. Bir daha şahidi olduq ki, iki cəbhədə mübarizə aparmaq üçün komanda güclü heyətə malik olmalıdır".