Tahir Gözəl: "Komandamla fəxr edirəm"

10:42 4 İyun 2015

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun finalında "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. SportArena.az xəbər verir ki, o, 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

 

"Bu, mənim üçün sevincli bir gündür. Komandamla fəxr edirəm. Biz yaxşı hazırlaşmışdıq. Kuboku qazanmağa böyük istəyimiz vardı. Qızıl dubl etməyi bacardıq və bu, çox sevindiriidir. Ümid edirəm ki, bu, son olmayacaq və daha böyük uğurlarımız hələ qarşıdadır. Komandanı gücləndirəcəyik. Bundan sonra baş verəcək hər şey Qurban Qurbanovdan asılıdır".


Digər xəbərlər

Xəbər xətti