"Neftçi" üzərində qələbə qazanan "Qarabağ" bu dəfə ölkə kubokunu zirvəyə qaldırıb. Komanda üzvləri bu uğuru möhtəşəm qeyd ediblər. "Qarabağ" futbolçuları klubun vitse-prezidenti Tahir Gözəl, direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanovla Reynaldo Dos Santosu başları üzərinə qaldırıblar. Riçard Almeyda ilə Reynaldo rəqs etməklə meydan sulayıb.