Qəbələ stadionunda Ağdam klubunun fanatlarının asdığı pankartları asayiş keşikçilərinin sökməsi azarkeşləri qəzəbləndirib. "Qarabağ"ın kapitanı Rəşad Sadıqov məsələyə müdaxilə edib. Daha sonra PFL rəsmilərinin göstərişi ilə pankartlar yenidən asılıb.