İyunun 12-də Avropa Oyunlarının təntənəli açılış mərasimində idmançılarımız göy rəngli kostyumlarda olacaqlar.
SportArena.az xəbər verir ki, ağ köynəklərlə əlvan qalstuklar komandamızın geyimini daha da gözəlləşdirəcək. Geyimlər artıq açılış mərasimində iştirak edəcək idmançılara təqdim olunub. Hər bir idmançıya həm rəsmi parad, həm də adi günlərdə istifadə olunacaq iki dəst geyim verilib.
Azərbaycan idmançılarının Avropa Oyunları üçün də geyimləri hazırdır
Qeyd edək ki, ilk Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də keçiriləcək. Mərasim saat 20:15-də başlayacaq və 3 saat davam edəcək.