"Xəzər Lənkəran"da klubdaxili iclas baş tutdu: Baş məşqçi dəyişdi

16:53 4 İyun 2015

"Xəzər Lənkəran"ın baş məşqçi vəzifəsində dəyişiklik baş verib.

 

SportArena.az xəbər verir ki, bu gün baş tutan iclasda qərara alınıb ki, klubun idman direktoru Yunis Hüseynov baş məşqçi vəzifəsinə gətirilsin. O, komandanın sabiq çalışdırıcısı Elbrus Məmmədovu əvəzləyib. E.Məmmədov isə yenidən "Xəzər Lənkəran"ın əvəzedici komandasını çalışdıracaq.

Xatırladaq ki, Yunis Hüseynov 2012-ci ildə də "Xəzər Lənkəran"ın baş məşqçisi olub.


Digər xəbərlər

Xəbər xətti